1987-ci ildə dərc olunan qəribə resept - Allergiyanı belə sağaldıblar

1987-ci ilin "Medicinskiy rabotnik" jurnalında professor Uxanskinin allergiya əleyhinə xalq təbabəti yazısında adi toyuq yumurtasının qabıqları ilə müalicə resepti dərc olunmuşdu. Həmin dövrdə bir çox həkimlər də bu reseptin ətrafında açıqlamalar etmişdilər. Bir həkim isə 15 il sonra məhz bu reseptlə ailə üzvlərini və bir sıra pasiyentlərini müalicə etdiyini qeyd edib.

Milli.Az medicina.az-a istinadən professor Uxanksinin həmin reseptini təqdim edir.

5 ədəd kənd toyuğu yumurtası taxşı yuyulur, suda bişirilir, soyudulub qabığı soyulur, qabığın iç səthində olan şəffaf plyonka çıxarılır. Qabıqlar boşqabda 4-6 saat ərzində qurudulur. Gün altına və mikrodalğalı sobaya qoymaq olmaz. Sonra qabıqlar narın edilir.

1 çay qaşığı qabığın üzərinə bir neçə damcı limon suyu sıxılır. Bu miqdarı bir az suda həll edib içirsiz və ya udub üzərindən su içirsiz.

Bu doza böyüklər üçündür.

Uşaqlara isə bu dozanın yarısı verilir. Tətbiq edənlər deyir ki, bu reseptlə uşaqlarda diatez və allergiyanı sağalda biliblər.

Kurs 2 həftədir. Səbrlə hər gün qəbul edin.

Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Üzü qoca qarıya bənzəyən qızı əməliyyat etdilər - Nadir genetik sindrom

SONRAKI XƏBƏR

Zabratda iki maşın toqquşub, beş nəfər xəsarət alıb