Azərbaycanın Türkiyədəki səfirliyində bu ölkədə baş verən güclü zəlzələ ilə bağlı ”qaynar xətt” yaradılıb

Azərbaycanın Türkiyədəki səfirliyində bu ölkədə baş verən güclü zəlzələ ilə bağlı ”qaynar xətt” yaradılıb

Azərbaycanın Türkiyədəki səfirliyində Elazığ vilayətində Rixter cədvəli üzrə 6,8 bal gücündə baş vermiş zəlzələ ilə bağlı “qaynar xətt” yaradılıb.

Səfirlikdən AZƏRTAC-a verilən məlumata görə, “qaynar xətt” zəlzələnin nəticələri tam şəkildə aydınlaşana qədər fəaliyyət göstərəcək.

Qaynar xətt: 00905526792565.

Qeyd edək ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, yerli vaxtla saat 20:55-də baş verən yeraltı təkanın episentri Sivrice rayonunda qeydə alınıb.

Mənbə: azertag.az