Almaniya Peşmərgəyə təlim verməyə yenidən başlayacaq

Almaniya Peşmərgəyə təlim verməyə yenidən başlayacaq

Almaniya İraqda iranlı general Qasım Süleymaninin öldürülməsindən sonra regionda artan gərginlik fonunda hərbi missiyasını dayandırsa da, bir həftə sonra yenidən bərpa edib. Missiya bərpa edilsə də, Peşmergə qüvvələrinə keçirilən təlimlər bərpa edilməyib.

Ordu.az alman mətbuatına istinadən xəbər verir ki, Almaniya ordusu tezliklə Peşmergə qüvvələrinə təlim verməyə başlayacaq.

Ordu, həmçinin bölgədəki terrorçulara qarşı beynəlxalq missiyanın bir hissəsi olaraq yenidən kəşfiyyat uçuşlarına başlayıb. “Tornado” təyyarələri, İordaniyanın mart ayının sonuna qədər Əl-Əsrak aviabazasındakı fəaliyyətini davam etdirəcək.

Mənbə: ordu.az