BDU Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçilib

Bakı Dövlət Universiteti (BDU) Həmkarlar İttifaqı Komitəsinin (HİK) növbəti iclası keçirilib.

"Report" xəbər verir ki, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) sədr müavini Mirzə Cəfərzadənin də iştirak etdiyi iclasda Həmkarlar İttifaqı Komitəsinin sədri Hüseyn Məmmədov hesabat xarakterli çıxış edib.

HİK İdarə Heyətinin üzvləri və fakültə sədrləri hesabata münasibət bildiriblər.

İclasda Komitənin sədri vəzifəsinə seçkilər keçirilib. Tarix fakültəsinin dekan müavini Rəşad Cabbarov HİK-in sədri seçilib.

 

Report.az

ƏVVƏLKİ XƏBƏR

Bu təşkilatlar seçkidə ekzit-poll keçirəcək

SONRAKI XƏBƏR

Azərbaycan millisi Gürcüstan yığmasına məğlub olub