Lotoreya oyununda fırıldaq: Dil bilmədiyi üçün milyonlardan məhrum oldu

Lotoreya oyununda fırıldaq: Dil bilmədiyi üçün milyonlardan məhrum oldu

ABŞ-ın Massaçusets statının Nyu-Bedford sakini ingilis dilini bilmədiyi üçün çoxmilyonlu uduşdan məhrum olub.

Cebhe.info xəbər verir ki, uduşun sahibi Coao Lusi DaPonte öz tanışları olan Mariya və Syuzana qarşı iddia qaldırıb, belə ki, onlar uduşu mənimsəyiblər. Bu barədə "The Independent" nəşri məlumat yayıb.

İngilis dilində bilməyən DaPonte onu oxumaq üçün tanışları Mariya və Syuzana müraciət edir. Onlar isə uduşun miqdarını olduğu kimi demir və beləliklə, lotoreya təşkilatçılarından uduşu götürüb az hissəsini DaPonteyə veriblər, qalanını isə mənimsəyiblər.

Qeyd edək ki, DaPonte fırıldağın üstünü açdıqdan sonra Mariya və Syuzan haqqında iddia qaldırsa da, onlar etdikləri hərəkəti boyunlarına almayıblar.

Mənbə: cebhe.info