AMEA əməkdaşları pulsuz müayinə olunacaq

AMEA əməkdaşları pulsuz müayinə olunacaq

AMEA əməkdaşlarının pulsuz tibbi müayinəsi həyata keçiriləcək.

Akademiyadan "Report"a verilən məlumata görə, müayinə yanvarın 29-u saat 9:00-dan 16:00-dək akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin "Səyyar Klinika"sı tərəfindən həyata keçiriləcək.

Humanitar aksiyada məqsəd operativ şəkildə pasiyentləri müayinə-müalicə etmək, eyni zamanda göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaqdır.

Mənbə: report.az