Ətirlərin tərkibindəki bu maddə onkoloji xəstəliklər yaradır – Məşhur həkim

Ətirlərin tərkibindəki bu maddə onkoloji xəstəliklər yaradır – Məşhur həkim

Tualet suları, parfüm və ətirlərin tərkibində neft emalı sınayesinin bir sıra tullantı material və qatqıları əlavə olunur. Ona görə müasir ətir, duxilərin 90%-i sağlamlıq üçün təhlükəli ola bilər.

Milli.Az medicina.az-a istinadən bildirir ki, bu sözləri Rusiyanın məşhur aparıcı həkimi Yelena Malışeva deyib.
O, bildirib ki, ətirlərə vurulan qatqılar allergiya, baş ağrısı, miqren, astma tutmaları verir və bu çoxdan məlumdur. Amma indiki ətirlərə vurulan və çox vaxt tərkibində qeyd olunmayan ayrı-ayrı maddələr o qədər toksiki ola bilər ki, qaraciyər, böyrəkləri zədələyib, hətta onkoloji xəstəlikləri tətikləyə bilər.

"Bu risklər onunla əlaqədardır ki, bütün ətirlər neft emalı tullantıları və yağları əsasında hazırlanır, bu da orqanizm üçün potensial təhlükədir. Düzdür, indi ətirlər kanserogen maddələr siyahısına daxil edilməyib, çünki az dozalarda istifadə olunur. Amma təsir fərdi ola bilər. Ətirlərdən çox istifadə edənlərdə toksiki təsiri hesablayan yoxdur".

Milli.Az

Mənbə: news.milli.az