SAĞLAM RƏQABƏT ƏVƏZİNƏ...-CAVAB HAQQI

SAĞLAM RƏQABƏT ƏVƏZİNƏ...-CAVAB HAQQI

"Bu gün sosial şəbəkələrə istinadən bəzi kütləvi informasiya vasitələrində 30 saylı Suraxanı Birinci Seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə deputatlığa namizəd Tural Əfəndiyevə qarşı həmin dairədən digər namizəd Ziya Quliyevin nümayəndəsi Zaur Əkbərin qərəzli yazılarının heç bir əsası yoxdur. Belə ciddi ittihamlar əsassız şayiələrlə deyil, yalnız konkret faktlarla əsaslandırılmalıdır".

Bunu Teref.az-a Tural Əfəndiyevin vəkili və səlahiyyətli nümayəndəsi, Vəkillər Kollegiyasının üzvü Ələskər Hüseynli bildirib. Vəkil onu da qeyd edib ki, bu barədə məlumat Mərkəzi Seçki Komissiyasına təqdim ediləcək və zərurət yarandığı təqdirdə Z. Əkbərin yalan və böhtanlarına görə qanunvericiliyə müvafiq qaydada məsuliyyətə cəlb edilməsi məqsədi ilə məhkəmə orqanları qarşısında iddia qaldırılacaqdır.

Teref.az saytıda PİA.az saytına istinadən "Timuçin Əfəndiyevin oğlu seçicilərə pul payladı."(http://teref.az/manset/140888-timucin-efendiyevin-oglu-secicilere-pul-payladi.html)adlı məqaləni çap edib.

Hörmətli vəkilimizin cavab haqqını tanıyaraq onun mövqeyini səhifəmizdə yerləşdiririk!

Teref.az

Mənbə: teref.az