“Bu ildən ailə modeli pilot layihə kimi tətbiq olunacaq. İcma əsaslı məktəbəqədər təhsil mümkün olmayan ərazilərdə bu modeli tətbiq edəcəyik”.
Bunu “Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” II beynəlxalq konfransda elm və təhsil naziri Emin Əmrullayev bildirib.
O qeyd edib ki, bu modeldə uşaqların bir ailədə təhsil alması nəzərdə tutulur. Ucqar kəndlərdə bunun üçün avtobuslar ayrıla bilər.
Gülnar Əliyeva
Mənbə: qafqazinfo.az