Şairədən xəbərdarlıq: “Çox təhlükəlidir”

Şairədən xəbərdarlıq: “Çox təhlükəlidir”

“Nəzərinizə çatdırım ki, çox təhlükəli zəmanədə yaşayırıq. Etdiyimiz hər hərəkət bizi bir günün içində qəhrəmanda edə bilər, xain də. Ehtiyatlı olmaq lazımdır. Çox təhlükəlidir”.

Bunu Nazilə Səfərli instaqram səhifəsində yayımladığı videoda deyib.

Onun sözlərinə görə, mobil telefon həm dostumuz, həm də düşmənimizdir:

“Hamımız hər gün müxtəlif xətəlar edir, yaxşı işlərdə görürük. Bununla belə, qınaq obyekti olmaq o qədər asandır ki. Birinin başına bir iş gəlməsin. Baltalı da, baltasız da cumur. Yəni çox təhlükəli yerdə və zamanda yaşayırıq. Əlimizdəki telefon düşmənimiz, xəbərçimiz, casusumuz, həm də dostumuz, pasportumuz, vizit kartımızdır. Təhlükəlidir. Hər şeyi üzdə olmaq çox təhlükəlidir”.

Mənbə: yenisabah.az