Rəşad Mahmudovun Kələdəhnə sakinləri ilə görüşündə yenə izdiham yaşandı

Rəşad Mahmudovun Kələdəhnə sakinləri ilə görüşündə yenə izdiham yaşandı

77 saylı Astara seçki dairəsindən deputatlığa namizəd, tanınmış kardiocərrah, tibb doktoru, deputatlığa namizəd Rəşad Mahmudov bu gün Kələdəhnə yaşayış massivindəki seçicilərlə görüşüb.

Cumhuriyyet.az xəbər verir ki, görüşdə ölkədə aparılan abadlıq işləri, sosial-iqtsiadi inkişafdan bəhs edilib, vətəndaşları maraqlandıran məsələlər müzakirə olunub.

Görüşdə iştirak edən vətəndaşlar ölkənin sürətli inkişafına öz töhfəsini verən Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklərini bəyan edib.

R.Mahmudov sosial şəbəkədəki hesabında bu görüşdən məmnunluqla bəhs edib:

“Bugün Astara şəhərinin Kələdəhnə yaşayış massivində, seçicilərimlə müsbət və izdihamlı bir görüşümüz baş tutdu. İnsanların yüksək əhval-ruhiyyədə olması, ölkəmizdə, o cümlədən, rayonumuzda hökm sürən sabitlik, əmin-amanlıq və inkişaf cənab Prezidentin hər bir vətəndaşın yanında olmasının sübutudur. Qarşılıqlı anlayışla keçən bugünkü müzakirələrdən həm seçicilər, həm də mən zövq aldım. İqtidar partiyanın namizədi kimi seçicilərimə göstərdikləri dəstəyə görə minnətdaram.

Təşəkkürlər, KƏLƏDƏHNƏ!!!”

Seymur ƏLİYEV

Mənbə: www.cumhuriyyet.net