Şəmkirli gənclərin bir qrupu Çocuq Mərcanlıya səfər edib

Şəmkirli gənclərin bir qrupu Çocuq Mərcanlıya səfər edib

“Yurdumuz gənclərin gözü ilə” layihəsi çərçivəsində Şəmkir gənclərinin bir qrupunun Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfəri təşkil edilib.

AZƏRTAC xəbər verir ki, Cəbrayıl və Şəmkir Rayon İcra hakimiyyətlərinin dəstəyi, Şəmkir Rayon Təhsil Şöbəsinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Şəmkir rayon nümayəndəliyinin tərəfdaşlığı ilə reallaşdırılan səfərin məqsədi gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi və şanlı Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları nəticəsində düşmən tapdağından azad edilən ərazilərimizdə dövlətimizin diqqət və qayğısı ilə görülən işlərlə tanışlıq olub.

Layihənin iştirakçısı olan iyirmidən çox gənc səfər çərçivəsində Cocuq Mərcanlı kəndində yaradılan şəraitlə tanış olub, sakinlərlə görüşüb, söhbət edib.

Gənclər Cocuq Mərcanlı ilə tanışlıqdan xoş təəssüratla ayrılıblar.

Mənbə: azertag.az