Xəzər rayonunda keçmiş məhkum dörd evdən pul, qızıl-zinət əşyaları oğurlayıb

Xəzər rayonunda keçmiş məhkum dörd evdən pul, qızıl-zinət əşyaları oğurlayıb

Xəzər rayonu ərazisindəki dörd evdən pul, qızıl-zinət əşyaları, təmir-tikinti alətləri və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Binə qəsəbə sakini, əvvəllər məhkum olunmuş V.Məmmədli rayon polis idarəsinin üçüncü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, onun paytaxt sakini E.Hüseynovla birgə rayon ərazisindəki iki oyun salonundan oyun aparatları, habelə bir mağazadan ərzaq məhsulları oğurlaması da müəyyən edilib.

E.Hüseynov da polis əməkdaşları tərəfindən yaxalanıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: azertag.az