Xarici dildə təhsil alan şagirdlər üçün Azərbaycan dili fənnindən imtahanın müddəti artırılıb

Nazirlər Kabineti “Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları”nda dəyişiklik edib.

AZƏRTAC xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərarda qeyd olunub ki, Azərbaycan dili istisna olmaqla, tədrisin digər dillərdə aparıldığı ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) fənnindən ayrıca imtahan verirlər.

İmtahanda şagirdlərə Azərbaycan dili (dövlət dili kimi) fənnindən 30 tapşırıq təqdim edilir. Şagirdlərin toplaya biləcəyi maksimal bal 100-dür. Bu vaxtadək imtahanın müddəti 45 dəqiqə olub. Qərarla imtahanın müddəti 45 dəqiqədən 1 saat 30 dəqiqəyədək artırılıb.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Mehriban Əliyeva ötən il 8 ölkəyə səfər edib, 30-dan çox görüş keçirib

SONRAKI XƏBƏR

"Sədərək"də ziyan çəkən sahibkarlara kompensasiya ödəniləcək - Rəsmi