Goranboyda sükan arxasında infarkt keçirən sürücü maşını ağaca çırpıb

Goranboyda sükan arxasında infarkt keçirən sürücü maşını ağaca çırpıb

Goranboyda sükan arxasında infarkt keçirən sürücü maşını ağaca çırpıb.

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, hadisə Goranboyun Dəlməmmədli şəhəri yaxınlığında qeydə alınıb. Əhmədov Elşən Məzahir oğlu idarə etdiyi “VAZ-2106” markalı avtomobili ağaca çırpıb.

Araşdırma zamanı məlum olub ki, sürücü sükan arxasında infarkt keçirib və bunun nəticəsində avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: apa.az