Azərbaycanlı idmançı "Survivor 2020"-də

Azərbaycanlı idmançı "Survivor 2020"-də

Pərviz Abdullayev “Survivor 2020” yarışında ən çox maraq doğuran simalardan biridir.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, idmançı 4 ildir bu yarışa qatılmaq istədiyini bildirib.

Pərviz Abdullayev 1986-cı ildə anadan olub. İndiyə qədər 55 professional döyüşə qatılıb. Qalib olduğu 49 döyüşün 26-nı nakautla qazanıb, 6 döyüşdə məğlub olub. 2010-cu ildə Azərbaycanda ilin ilk 10 idmançısından biri elan edilib. Qazandığı uğurlara görə P.Abdullayevə Prezident İlham Əliyev tərəfindən ev hədiyyə olunub.

P.Abdullayev 2011-ci ildən bəri “Kobra” kigboks klubuna rəhbərlik edir. 2013-cü ildən isə Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində çalışır. “Qəbələ” idman klubunu təmsil edir, evlidir 2 övladı var.

Mənbə: lent.az