Sərhəd keçid məntəqələrinin yaxınlığında iki Qida Təhlükəsizliyi Nəzarət Məntəqəsi yaradılacaq

“Bu il sərhəd keçid məntəqələrinin yaxınlığında iki Qida Təhlükəsizliyi Nəzarət Məntəqəsinin yaradılması nəzərdə tutulub”.

APA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli qida sahəsi üzrə beynəlxalq ekspert Sice-Treda İveta ilə ölkəmizdə idxal olunan məhsullara risk əsaslı nəzarət tədbirləri ilə bağlı yaradılacaq Qida Təhlükəsizliyi Nəzarət Məntəqələrinin beynəlxalq standartlara uyğunlaşdırması istiqamətində fikir mübadiləsi apararkən deyib. Agentlik sədri qeyd edib ki, həmin məntəqlər ölkəmizə idxal olunan qida məhsullarının risk qiymətləndirilməsini həyata keçirəcək.

Q.Təhməzli bildirib ki, Qida Təhlükəsizliyi Nəzarət Məntəqələrində həmçinin ölkəyə gətirilən iri və xırdabuynuzlu heyvanların identifikasiyası və qeydiyyatı da həyata keçiriləcək.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Lənkəranda mənəvi dəyərlərə həsr edilmiş tədbir

SONRAKI XƏBƏR

Dünyanın ən güclü 5 elektropikapı – SİYAHI