18 Fevral Dünya Asberger günü - Asberger sindromlu məşhurlar

18 Fevral Dünya Asberger günü - Asberger sindromlu məşhurlar

Asberger sindromlu insanlar normal və yüksək intelektə malik olsalar da, lakin onların sosial qabiliyyətləri və vərdişləri zəif inkişaf etmiş olur. Onların emosional və sosial inkişafı ləngidiyindən onların inteqrasiyası da gecikmiş olur. Autizmli əksər insanlarda, xüsusən uşaqlarda inkişafdan qalmanı asanlıqla müşahidə etmək mümkündür. Lakin onlar autistlərə bənzəsələr də əqli cəhətdən heç də geri qalmırlar. Bəzən onlar sosial kommunukasiya defisitinə malik olsalar da mürəkkəb bir elmi sahə üzrə daha dərrakəli olurlar. Autistik psixopatiya halı ilk dəfə ingilis psixiatrı Lorna Uinq tərəfindən Avstriya psixiatır və pediatrı Hans Aspergerin şərəfinə Asperger sindromu adlandırılmışdır. Psixi pozğunluq olub, bəzən onu Autizimin bir forması da hesab edirlər. Məhz inkişafın bu tip geriləməsinin təhlilini ilk dəfə Hans Asperger vermişdir.

Asperger sindromun siptomları nələrdir?

Asperger sindromu bir çox uşaqda əlamətlərini gec biruzə verir. Bir çox vəziyyətdə 5 ilə 9 yaş arasında müəyyənləşdirilir. Bəzi uşaqlarda isə 3 yaşından sonra diaqnoz qoyulmuşdur. Asperger sindromu simptomları əksərən uşaqları özləri ilə əlaqə qurmayan ailələr tərəfindən müəyyən edilir.

-Üz ifadələri,bədən hərəkətləri, göz təması kimi sözsüz ünsiyyət və jestlər ilə bağlı problemlər

-Dostları və bacı-qardaşları ilə əlaqələrində problemlər.

-Bu uşaqlar tək başına oynamaq istəyir və qrup oyunlarında iştirak etmir.

-Ematiya azlığı göstərirlər və duyğuları qarşılıqlı başa düşə bilmirlər. Məsələn: başqa bir uşaq ağlayanda ona təsəlli vermir və niyə ağladığını başa düşə bilmir.

-Başqalarına reaksiya vermirlər.

-Danışıqlarında vurğu yoxdur.

-Zarafat və ya gərçək mənadan kənara çıxan bir şeyi göstərən danışıqları başa düşmürlər.

-Bəzi uşaqlarda dildə gerilik görsənir. Məsələn, təzə bir söz və ya cümlə öyrəndiyində onu yadından çıxara bilər və təkrar işlədə bilmir. Asperger sindormu daha çox uşaqlarda rast gəlinsədə Yetkinlik yaşına çatana qədər Asperger sindromu əlaməti almamış bir çox adam vardır. Yetkinlərdə Asperger sindromu əlamətləri aşağıdakılardır.

-Epilepsiyadan şikayətlənirlər.

-Depressiya, əsəbilik kimi pozğunluqlar.

-Yemək tsiklinin pozulması ilə əlaqədar yemək yeməmə.

-Sosial əlaqə qura bilməmək, cinsi problemlər.

Asperger sindromunun diaqnozunun qoyulması üçün hazırlanmış xüsusi bir Asperger sindromu testi və bilinən bir mualicəsi yoxudur, məqsəd bu sindiromu aradan qaldırmaq deyil onunla yaşaya bilməkdir. bu sindiromla yaşayan bir çox insan var. o insanlar arsaında tanınmış musiqiçi, elm adamı, biznesmen və.s onlardan bir qismi aşağdakılardır.

Michelangelo, Wolfgang Amadeus Mozart, Robin Williams, Stanley Kubrick, Andy Warhol, Emily Dickinson, Sir Anthony Hopkins, Ludwig van Beethoven, Marilyn Monroe, Mark Twain, Alfred Hitchcock, Courtney Love, James Joyce, Isaac Asimov, Charles Richter, Bill Gates, Vladimir Putin, Isaac Newton, Albert Einstein, Alexander Graham Bell, Abraham Lincoln.

Mənbə: ednews.net