Lənkəranda mənəvi dəyərlərə həsr edilmiş tədbir

Lənkəranda mənəvi dəyərlərə həsr edilmiş tədbir

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) və Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) birgə təşkilatçılığı ilə Lənkəran rayonunun Şağlaser kənd məscidində “ Mənəvi dəyərlərimiz sərvətimizdir ” adlı tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbidə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin əməkdaşı Emin Həmidli, Lənkəran ŞİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Asif İmanlı, QMİ-nin Lənkəran bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Qəni Axundzadə, Şağlaser kənd məscidi dini icmasının sədri, din xadimləri və kənd ictimaiyyətinin nümayəndələri iştirak edib.

Çıxışlar zamanı mənəvi dəyərlərimizin xalqımızın qiymətli sərvəti olduğu qeyd edilib. Bu dəyərlərin qorunması və yaşadılmasında din xadimlərin və dini icma üzvlərinin üzərinə mühüm vəzifələr düşdüyü vurğulanıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Sərraf Talıbov

 

Mənbə: sia.az