Quduzluq təhlükəsi: vəhşi heyvanlar peyvənd olunur - Baytarlara pnevmatik silahlar da veriləcək

Quduzluq təhlükəsi: vəhşi heyvanlar peyvənd olunur - Baytarlara pnevmatik silahlar da veriləcək

Vəhşi heyvanların və sahibsiz itlərin aldadıcı yem vasitəsilə peyvəndlənməsinə başlanıb. Məqsəd quduzluq təhlükəsinin qarşısını almaqdır. Proses çərçivəsində baytarlara silah verilməsi də planlaşdırılıb.

Peyvəndləmə ilkin olaraq Şəki, Balakən, Zaqatala, Qax, Oğuz, Qəbələ və İsmayıllı rayonlarının meşə və meşəətrafı ərazilərində aparılacaq. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyindən verilən məlumata görə, proses ümumilikdə respublikanın 31 rayonunu, həmçinin Bakını əhatə edəcək. Artıq bununla bağlı Çexiyadan 100 min doza quduzluq əleyhinə vaksin yerləşdirilmiş tələ və ya aldadıcı yemlər alınıb. Yemlər meşə və meşəətrafı ərazilərdə 25-50 metrdən bir, eləcə də sahibsiz itlərin çox olduğu ərazilərə atılır.

Peyvənd olunan vəhşi heyvanda quduzluğa görə 1 il müddətində immutent yaranır. Aqrar Xidmətlər Agentliyinin sədr müavini Bayandur Rzayev peyvəndləmənin məhz indiki dördə aparılmasına da aydınlıq gətirdi.

Peyvəndlənmə fevral ayının sonuna kimi başa çatdırılacaq. Bundan sonra Aqrar Xidmətlər Agentliyi tərəfindən monitorinqi aparılacaq. Bunun üçün baytarlara pnevmatik silahlar veriləcək.

Növbəti həftədən başlayaraq baytarlara silahla bağlı təlimlər keçiriləcək. Qeyd edək ki, aldadlcı yemlərlə vasitəsilə vaksinasiya ilk dəfə 2015-ci ildə ölkənin şimalı-qərb rayonlarında və Bakı şəhəri daxil olmaqla Abşeron yarımadasında aparılıb. Həmin vaxt müsbət nəticə əldə edilib.

atv.az

Mənbə: www.atv.az