Elflərə inanan, polisə silahı qadağan edən, gülləri hədiyyə etməyən - Vikinqlər ölkəsi Skandinaviya

Elflərə inanan, polisə silahı qadağan edən, gülləri hədiyyə etməyən - Vikinqlər ölkəsi Skandinaviya

Sülh və xoşbəxtlik ölkələri kimi tanınan və yüksək rifah səviyyəsinə sahib Skandinaviya ölkələri coğrafi xüsusiyyətləri ilə də diqqəti cəlb edir. İslandiya, Norveç, İsveç, Finlandiya və Danimarka kimi Skandinaviya ölkələri ilə yaxından tanış olmaqla bu nağılvari ərazi haqqında məlumat əldə edə bilərsiniz. Bu da Skandinaviya ölkələri ilə bağlı öyrənmək istədikləriniz...

Olaylar.az bildirir ki, Skandinaviya Avropanın şimalında mərkəzi Skandinaviya yarımadası olan tarixi-mədəni regionu əhatə edir. Bir qayda olaraq İsveç, Norveç və Danimarka Skandinaviya sayılır. Bunda başqa Skandinaviyaya çox vaxt İslandiyanı və Finlandiyanı, eləcə də Farer adalarını əlavə etməklə, bu termini Şimali Avropa anlayışı ilə yaxınlaşdırırlar.

Bu ölkələrin dilləri Fin dili istisna olmaqla biri-birinə bənzəyir. Bu dillərə Skandinaviya dilləri deyilir.

İslandiya - İslandiya sakinlərinin 80%-i paronormal hadisələrə, elflərə, qomlara və trollara inanır.

İslandiya dəmir yolu xətti olmayan azsaylı ölkələrdən biridir.

Ada dövlətində ordu yoxdur. Onun funksiyalarını qismən sahil mühafizəsi xidməti yerinə yetirir.

İslandiya dili son 100 ildə heç bir dəyişikliyə uğramayıb.

İslandiyada polisə silah daşımaq qadağan edilib.

Ölkədə su şəffaf təmizliyə malik olduğu üçün filtrasiyadan keçmədən evlərə verilir.

Norveç - Norveçlilərdə şəxsi mülkiyyətə hörmət hissi çox inkişaf edib. Ona görə də gündüzlər şəhərkənarında heç kim evlərinin qapılarını bağlamır.

İçkili halda avtomobil idarə edənlərə həbs cəzası verilir.

Bazar günləri alış-veriş edə bilməzsiniz. Norveçdə bazar günləri supermarketlər bağlı olur. Mütləq şəkildə bir şey almalı olsanız, bu ehtiyacınızı benzin stansiyalarındakı dükanlardan qarşılaya bilərsiniz.

Əslində Suşinin vətəni Norveçdir. Yaponlara Somon balığından suşi hazırlamağı 80-ci illərdə öyrədən Norveçlilərdir.

İçkili halda avtomobil idarə edənlərə həbs cəzası verilir. Norveçdə içkili halda sükan başında tutulsanız; 30 gün həbs cəzası, 1 illik sürücülük vəsiqəsinin alınması və aylıq gəlirinizin 10% -i qədər bir cəzaya məhkum olarsınız.

İsveç - İsveçdə yuxarı sinif şagirdləri məktəbdə davamiyyətlərinə görə hər ay 187 dollar əldə edirlər.

1979-cu ildən etibarən İsveçdə uşaqların istənilən cismanı cəzalandırılması qadağandır.

İsveçin özünün zibili bitdiyindən onu Norveçdən idxal edir.

 

Copymizm - İsveçin rəsmi dinlərindən biridir və Ctrl+C və Ctrl+V klaviş kombinasiyası onun müqəddəs işarələridir.

İsveçdə valideynlər uşaq dünyaya gəldikdən və yaxud övladlığa götürüldükdən sonra 480 günlük ödənişli məzuniyyət götürmək hüququna malikdirlər.

Finlandiya - dünyada ən təmiz suyu ilə tanınır.

Kişilərin arasında maraqlı bir idman növü var - qadınları kürəklərində aparmaq. Bu yarışlar artıq 11 ildi keçirilir. İştirakçı kürəyində (çəkisi ən azı 50 kq olmalıdır) startdan sona qədər, müxtəlif maneələri keçərək qadını daşımalıdır.

Statistikaya görə, finlər ən çox dünyada qəhvəni içirlər.

Burada gülləri hədiyyə etmirlər.

Məşhur Cek Kennedi fin dizaynerlərindən geyinirdi.

Danimarka - Bu ölkədə səhiyyə pulsuz xidmət sahəsidir.

Danimarkada hər rəhbər öz işçilərinin qidasına görə cavabdehdir. Səhər, günorta və nahar yeməklərini şirkət ödəyir.

Ən geniş yayılmış nəqliyyat növü velosipeddir. Bu, təbiət və ekologiyaya olan sevgi ilə bağı deyil. Sadəcə, İkinci Dünya Müharibəsindən sonra ölkədə benzin defisiti yaranıb və vəziyyətdən ən yaxşı çıxış yolu velosipeddən istifadə etmək olub.

Əhali arasında velosiped yarışları geniş populyarlığa malikdir.

Danimarkada yerləşən mağazaların əksəriyyəti saat 17:00-18:00 radələrində bağlanır. Bu vəziyyətin yaranmasına səbəb vergilərdir. Belə ki, mağaza nə qədər çox işləyərsə, o qədər çox vergi ödəyir.

Mənbə: olaylar.az