Yəməndə işğalçıların əleyhinə aksiya keçirildi

Yəməndə işğalçıların əleyhinə aksiya keçirildi

Eastnews.org-un verdiyi xəbərə görə, Yəmənin şərqində yerləşən əl-Mahrah şəhərində Səudiyyə Ərəbistanı liderliyindəki Koalisiya Qüvvələri əleyhinə aksiya keçirilib.

Aksiyaya qatılan yüzlərlə yəmənli işğalçıların qalib gələ bilməyəcəklərini və Yəmən xalqının geri addım atmayacaqlarını vurğulayıblar.

Yəmən ordusunun şəhər meydanında keçirilən aksiya zamanı təhlükəsizlik tədbirlərini artırdığı bildirilir.

Nümayişdə çıxış edənlər beynəlxalq ictimaiyyətdən də Yəməndəki cinayətlərə görə susmamalarını istəyiblər.

Mənbə: AlMasirah

Mənbə: eastnews.org