İstanbulda baş vermiş təyyarə qəzası ilə bağlı araşdırmalar davam edir

İstanbulda baş vermiş təyyarə qəzası ilə bağlı araşdırmalar davam edir

İstanbul, 20 fevral, AZƏRTAC

Fevralın 5-də İstanbulun Sabiha Gökçən hava limanında uçuş-enmə zolağından çıxan və üç nəfərin ölməsinə səbəb olan təyyarə qəzası ilə bağlı araşdırma davam edir.

AZƏRTAC xəbər verir ki, təyyarənin qara qutusundan əldə edilən ilkin məlumata görə, hadisə həmin gün şəhərdə hökm sürən yağışlı hava şəraiti və uçuş-enmə zolağının eniş üçün uyğun olmaması səbəbindən baş verib.

Məlumatda qəzanın baş verməsində pilotun səhv etməsi ehtimalının çox aşağı səviyyədə olduğu bildirilir.

 

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

Mənbə: azertag.az