Dərbənddəki Nizami parkı dağılmaq təhlükəsi ilə üzləşib

Dərbənddəki Nizami parkı dağılmaq təhlükəsi ilə üzləşib

Rusiyanın Dağıstan Muxtar Respublikasının Dərbənd şəhərində dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyan park və bir sıra tarixi abidələr məhvolma təhlükəsi ilə üzləşib.

“Report” xəbər verir ki, bu barədə Dağıstanın yerli telekanalları məlumat yayıb.

Bildirilib ki, Dərbəddə idman kompleksinin tikintisi Nizami parkı ilə yanaşı qala divarlarının bir hissəsi və qədim qəbirlərə ciddi zərər vurub.

Məlumata görə, hazırda tikinti işləri müvəqqəti olaraq dayandırılıb. Tikintinin qanunsuz olması ilə bağlı müvafiq qurumlara sorğu göndərilib. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Dərbənd Rusiyanın Dağıstan Respublikasının cənubunda yerləşən, Azərbaycan türklərinin kompakt yaşadığı şəhərdir. Çar Rusiyasının ekspansiyasından öncə (XIX əsr) eyni adlı xanlığın paytaxtı olub.

Mənbə: report.az