Gürcüstanda müsəlman din xadimləri maddi sıxıntı yaşayır, hökumətə müraciət olundu

Gürcüstanda müsəlman din xadimləri maddi sıxıntı yaşayır, hökumətə müraciət olundu

Report — Şeyx Hacı Ramin İgidov

Gürcüstanda müsəlman din xadimlərinin əməkhaqlarının artırılması ilə bağlı hökumətə müraciət olunub.

Bunu “Report”un yerli bürosuna açıqlamasında Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) sədri Şeyx Hacı Ramin İgidov bildirib.

O deyib ki, müraciət Gürcüstan hökuməti ilə yanaşı Dini Məsələlər üzrə Dövlət Agentliyinə də təqdim olunub: “Müraciətimizdə 430 axundun əməkhaqqının ən azı 20 faiz artırılmasını xahiş etmişik. Hazırda onların maaşları orta hesabla 350 lari təşkil edir. Gürcüstanda dolların son dövrlər bahalaşması səbəbindən din xadimlərinin əməkhaqları yetməzdir və onlar maddi sıxıntılarla üzləşirlər”.

GMİ sədri Gürcüstan hökumətinin və aidiyyəti dövlət qurumlarının müraciəti nəzərə alıb müsbət qərar verəcəklərinə ümidvar olduğunu qeyd edib.

Mənbə: report.az