Tibb Universiteti ilə Həkimlər və Təbib Tələbələr İctimai Birliyi arasında anlaşma memorandumu imzalanıb

Tibb Universiteti ilə Həkimlər və Təbib Tələbələr İctimai Birliyi arasında anlaşma memorandumu imzalanıb

Azərbaycan Tibb Universiteti (ATU) beynəlxalq əlaqələrin qurulması, tələbə mobilliyinin həyata keçirilməsi, universitetin beynəlxalq miqyasda daha yaxşı tanıdılması istiqamətində daha bir təşkilatla əməkdaşlığı gücləndirir. Bu məqsədlə Tibb Universiteti ilə Həkimlər və Təbib Tələbələr İctimai Birliyi arasında anlaşma memorandumu imzalanıb.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, memorandum ATU-nun rektoru, professor Gəray Gəraybəyli, Həkimlər və Təbib Tələbələr İctimai Birliyinin prezidenti Suğra Əzimova tərəfindən imzalanıb. Anlaşma sənədində ATU tələbələrinin beynəlxalq münasibətlərinin gücləndirilməsinə yardım edilməsi ilə yanaşı, xarici ölkələrdən gələn tələbələrin istehsalat təcrübəsini universitet klinikalarında təşkili ilə bağlı məsələlər əhatə olunub.

Qeyd edək ki, Həkimlər və Təbib Tələbələr İctimai Birliyi ilə ATU arasında 10 ildir sıx əməkdaşlıq mövcuddur. Sazişin imzalanması ilə bu əməkdaşlıq daha yeni istiqamətləri əhatə edəcək.

Mənbə: azertag.az