Sabah Almaniyada Qarabağ mitinqi keçiriləcək - Mitinqdə mindən çox soydaşımızın iştirakı gözlənilir

Sabah Almaniyada Qarabağ mitinqi keçiriləcək - Mitinqdə mindən çox soydaşımızın iştirakı gözlənilir

Sabah Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Almaniyanın paytaxtı Berlin şəhərində məşhur Brandenburq Qapıları önündəki meydanda Ümumavropa Qarabağ mitinqi təşkil ediləcək. Avropanın eləcə də dünyanın müxtəlif ölkələrindən soydaşlarımız bu mitinqdə iştirak etmək üçün Berlinə gəlirlər. Mitinqə hazırlıqla və təşkilati işlərlə bağlı Avropa büromuz məlumat göndərib, onu sizə təqdim edirik.

Təşkilatçı olaraq Almaniya Azərbaycanlıları Alyansından mitinqin uğurlu keçirilməsi üçün lazım olan bütün addımların atıldığını bildirdilər.

Bütün təşkilatı işlər isə ümumilikdə Berlində yeni açılmış Azərbaycan Evindən koordinasiya olunur. Nümayiş etdiriləcək şüarlar, bayraqlar məhz burda toplanaraq, sabah iştirakçılara veriləcək.

Xatırladaq ki, ümumavropa qarabağ mitinqi sabah keçiriləcək və bu barədə geniş məlumatları özündə əks etdirən videomateriallar izləyicilərə təqdim olunacaq.

Mənbə: www.atv.az