Bakıda qadın evdə bıçaq xəsarətləri alıb

Paytaxtın Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.

Oxu.az-ın məlumatına əsasən, hadisə Nəsirəddin Tusi küçəsi 29 ünvanında qeydə alınıb.

1972-ci il təvəllüdlü Gözəlova Səhranə Ruhulla qızı evdə naməlum şəraitdə bıçaq xəsarətləri alıb.

Yaralı ağır vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Ona qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Hadisənin təfərrüatı Xətai Rayon Polis İdarəsində araşdırılır.

Seherxeber.org

ƏVVƏLKİ XƏBƏR

Kadırovun qızının hazırladığı moda kolleksiyası Parisdə nümayiş olunacaq

SONRAKI XƏBƏR

Yanvarda Azərbaycan və Moldova arasında 800 min dollarlıq ticarət dövriyyəsi aparılıb