Koronavirus qurbanlarını sayı artmaqda davam edir

Koronavirus qurbanlarını sayı artmaqda davam edir

Çindә yeni növ koronavirus (Kovid-19) epidemiyası sәbәbindәn hәlak olanların sayı 2 min 444 nәfәrә çatıb.

Eurasia Dairy xəbər verir ki, bu barәdә Çinin Milli Sәhiyyә Komissiyasından verilәn mәlumatda bildirilib. Mәlumatda qeyd olunub ki, virusa yoluxanların sayı 76 min 936 nәfәrә çatıb. Virusa yoluxan 10 min 968 nǝfǝrin vәziyyәti kritiktir. Mәlumatda hәmçinin bildirilib ki, müalicә olunanların sayı 22 min keçib.

Sutka әrzindә virus sәbәbindәn hәlak olanların sayı 648 nәfәrә çatıb. Belәliklә koronavirus epidemiyası sәbәbindәn xәstәxanaya müraciәt edәnlәrin sayı 180 mini keçib.

Bundan başqa Honkonq Muxtar Respublikada 69, Makau Muxtar Respublikasında isә 10 nәfәrin virusa yoluxduğu bildirilir.

Qeyd edәk ki, yeni növ koronavirus ilk olaraq Çinin Xubey әyalәtinin Vuxan şәhәrindә yayılmağa başlamışdı.

Mənbə: ednews.net