SSRİ-də hansı filmlərə baxmaq qadağan idi...

SSRİ-də hansı filmlərə baxmaq qadağan idi...

Hərdən SSRİ haqda yüksək fikir söyləsək də, əslində, qapalı ölkə idi. Xeyli qadağalar hökm sürürdü. Məsələn, Qərbdə istehsal olunmuş bütün filmlərə baxmaq mümkün deyildi. Bizimyol.info həmin filmlərdən 6-nı diqqətinizə çatdırır.

“Doktor Streynclav və ya mən həyəcanlanmamağı necə öyrəndim və atom bombasını sevdim” (1964) – Stenli Kubrikin filmi hələ 1963-cü ilin noyabrın 22-də prokata çıxmalıydı. Amma ABŞ prezidenti Con Kennedinin qətli vəziyyəti dəyişmişdi. SSRİ rəhbərliyinin isə tamam başqa motivləri vardı. Filmdə soyuq müharibədən danışılırdı, hətta sovet imperiyasına nüvə zərbəsindən söz açılırdı.

“Xaç atası” (1972) – Frensis Ford Koppolanın şedevri SSRİ kinoteatrlarında yalnız 18 il sonra göründü. Hesab olunurdu ki, zorakılıq səhnələri bütün sərhədləri aşır. 1990-cı ildə filmin SSRİ-də premyerasına ABŞ-ın səlahiyyətli səfiri Şvarts Ştrauss gəlmişdi.

“Parisdə son tanqo” (1972) – Bernardo Bertoluççinin filmini SSRİ-də göstərmək mümkün deyildi. Ekran əsərində xeyli açıq-saçıq səhnələr yer almışdı. Hətta Bolonya məhkəməsi Bertoluççini beş illik İtaliya vətəndaşlığından məhrum etmişdi.

“Emmanuel” (1974) – Hətta indiki meyarlarla da bu filmi çox açıq-saçıq adlandırmaq olar. SSRİ-də göstərilməsi mümkün deyildi. Sovetlər dövründə bilsəydilər ki, “Emmanuel”ə baxmısınız, sizi həbs də edə bilərdilər.

“Ulduz müharibələri” (1977) – Film soyuq müharibənin qızğın vaxtında çəkilmişdi. Sonralar ABŞ prezidenti Ronald Reyqanın SSRİ-ni “şərin imperiyası” adlanması işləri lap korladı. “Ulduzlar müharibəsi” heç vaxt imperiyanın kinoteatrlarında görünmədi.

“Rembo-3” (1988) – SSRİ-də amerikalı müharibə veteranının Əfqanıstan döyüşlərində müsbət qəhrəman kimi göstərilməsini qəbul edə bilməzdi. Film “Ginnesin rekordlar kitabı”na 221 zorakılıq səhnəsinə görə düşmüşdü.

Mənbə: www.bizimyol.info