"Əsir" pişiyi vətəndaşlar belə qidalandırır - FOTO

"Əsir" pişiyi vətəndaşlar belə qidalandırır - FOTO

Çanaqqalada qapalı iş yerində pişik əsir qalıb.

Primetime.az xəbər verir ki, 20 gün öncədən sahibi tərəfindən qapısı kilidlənilərək tərk edilən iş yerinə açıq qalan pəncərədən pişik girib. İş yerinin sahibi uzaqda olduğu üçün ətrafdakılar pişiyi oradan xilas edə bilməyiblər.

Pişik indi vətəndaşların qapının aşağısından itələdikləri yeməklərlə qidalanır. Ancaq iş yeri sahibi gəldikdən sonra pişik ordan çıxa bilər.

Mənbə: primetime.az