Xocalı soyqırımından 28 il ötür - Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində tədbir keçrildi

Xocalı soyqırımından 28 il ötür - Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində tədbir keçrildi

Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunan anım tədbiri keçirilib.

“Xocalı soyqırımı əsrlər boyu ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımların daha bir dəhşətli təzahürü,məqsədli davamı idi. Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olan Xocalı soyqırımı təkcə xalqımıza qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilən ən ağır,qəddar və müqayisəsiz cinayətlər siyahısında yer alır”. Bu fikir Naxçıvan Muxtar Respublikasının Bakıdakı Daimi Nümayəndəliyində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbirində səsləndirildi. Daimi Nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov bu dəhşətli faciənin Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olduğunu bildirdi. Erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən bu cinayətin ağır nəticələrindən danışdı.

Tədbirdə həmçinin çıxışçılar vurğuladılar ki, Azərbaycan xalqının xilaskarı, ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra bu qanlı hadisələrə ilk dəfə olaraq dövlət səviyyəsində siyasi-hüquqi müstəvidə qiymət verilib. 1994-cü il fevralın 24-də ulu öndərin imzaladığı müvafiq Fərmanla həmin gün xalqımıza qarşı törədilən Soyqırımı günü kimi qeyd edilməyə başlanıb. Qeyd edək ki, tədbirin sonunda Xocalı soyqırımına həsr edilmiş video slayd nümayiş etdirildi.

atv.az

Mənbə: www.atv.az