Xocalı soyqırımını törədənlər cəzalandırılmalıdır

Xocalı soyqırımını törədənlər cəzalandırılmalıdır

XX-ci əsrin ən dəhşətli faciələrdən biri olan Xocalı soyqırımından 28il ötür. Bu ərəfədə baş vermiş faciəyə beynəlxalq hüququn norma və prinsipləriprizmasından baxmağa çalışdıq.
Məlum olduğu kimi, 1992-ci il fevralın 26-da Ermənistan hərbibirləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırımı aktı həyata keçirdi.Xocalı soyqırımı zamanı 613 nəfər öldürüldü, 1000 nəfər müxtəlif yaşlı dincsakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70qoca qətlə yetirildi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini,130 uşaq isə valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfərdinc sakin əsir götürüldü, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.
Xocalı soyqırımı zamanı baş vermiş cinayət əməllərinin qabaqcadandüşünülmüş qaydada, milli əlamətinə görə insanların kütləvi şəkildə məhvedilməsi niyyəti ilə törədilməsi beynəlxalq, həmçinin dövlətdaxili hüquqaəsasən, məhz genosid kimi tövsif edilməlidir.
Beynəlxalq hüquqa görə, genosid sülh və bəşəriyyət əleyhinə yönələnəməldir və ən ağır beynəlxalq cinayətlərdən hesab olunur. BMT Baş Məclisinin1946-cı il 11 dekabr tarixli 96 (I) saylı qətnaməsində qeyd olunur ki, genosidinsan qruplarının yaşamaq hüququnu pozmaqla insan mənliyini təhqir edir,bəşəriyyəti insanlar tərəfindən yaradılan maddi və mənəvi dəyərlərdən məhrumedir. Belə əməllər BMT-nin məqsəd və vəzifələrinə, ümumbəşəri dəyərlərətamamilə ziddir.
Genosid cinayətinin hüquqi əsası, BMT Baş Məclisinin 9 dekabr 1948-ciil tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş, "Genosid cinayətininqarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada müəyyənedilmişdir. Həmin konvensiyaya görə, hər hansı milli, etnik, irqi və ya diniqrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrupüzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onlarınəqli qabiliyyətinə ciddi zərər vurma, qrupun bütövlükdə və ya qismən fizikiməhvinə yönəlmiş yaşayış şəraiti yaratma, qrup daxilində doğumların qarşısınıalmağa yönəlmiş tədbirləri həyata keçirmə, bir qrupa mənsub olan uşaqları zorlabaşqa qrupa keçirmə genosid sayılır.
Analoji normalar Yuqoslaviya Beynəlxalq Cinayət TribunalınınNizamnaməsində (4-cü maddə), Ruanda Beynəlxalq Cinayət TribunalınınNizamnaməsində (3-cü maddə) və bir sıra dövlətlərin cinayət qanunvericiliyində,o cümlədən Azərbaycan RespublikasınınCinayət Məcəlləsinin 103-cü maddəsində təsbit olunmuşdur.
Xocalı soyqırımı zamanı ermənilər tərəfindən adıçəkilən beynəlxalqsənədlərdə və cinayət qanunvericiliyimizdə təsbit olunmuş genosid cinayətinintərkibini təşkil edən bütün əməllər törədilmişdir.
Qeyd etmək istərdim ki, "Genosid cinayətinin qarşısının alınması vəcəzalandırılması haqqında” Konvensiyaya qoşulan dövlətlər sülh, yaxud müharibədövründə törədilməsindən asılı olmayaraq, genosidin beynəlxalq hüquqnormalarını pozan cinayət olduğunu təsdiq edərək, onun qarşısının alınması vəsəbəbkarlarının cəzalandırılması üçün tədbirlər görməyi də öhdələrinə götürmüşlər.
Təəssüf ki, insan hüquqlarının kütləvi və kobud şəkildə pozulması ilənəticələnmiş Xocalı soyqırımının beynəlxalq miqyasda hüquqi qiymətini almaması,bu cinayəti törədənlərin cəzalandırılmaması, günahkarların özlərini cəzasızlıqmühitində hiss edərək kütləvi insan qırğınları ilə müşayiət olunan yenicinayətlər törətməsinə rəvac vermişdir ki, bu da sülhə və bəşəriyyətə açıqtəhdiddir.
Ümummilli liderimiz Heydər Əliyev Xocalı soyqırımının əsl mahiyyətiniaçıqlamış, hələ 1994-cü ilin fevralında Azərbaycan Respublikasının MilliMəclisi Xocalı soyqırımına hüquqi-siyasi qiymət vermişdir.
Azərbaycan Prezidenti İlham Əliyev mötəbər beynəlxalq tədbirlərdəkiçıxışlarında hər zaman Azərbaycanxalqına qarşı soyqırımı cinayətlərini törətmiş şəxslərin məsuliyyətə cəlbolunmasının vacibliyini hər zaman bəyan edir. O, beynəlxalq təşkilatların buməsələdə prinsipial mövqe tutmasını, nüfuzlu beynəlxalq təsisatlar tərəfindənqəbul edilmiş qətnamələrin həyata keçirilməsi mexanizminin olmasını, ikilistandartlara yol vermədən beynəlxalq hüquq və normalara uyğun fəaliyyətgöstərməsini qətiyyətlə tələb etmişdir.
Xüsusi olaraq vurğulamaq istərdim ki, Heydər Əliyev Fondununvitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən və genişvüsət almış "Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası Xocalısoyqırımı haqqında həqiqətlərin dünyada təbliğ olunmasında, bu faciəninAzərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınmasında mühüm rol oynayır.Bunun nəticəsi olaraq dünyanın bir sıra ölkələrində bu soyqırımıyla bağlımüvafiq qərarlar qəbul edilməkdədir.
Qeyd etmək istərdim ki, Xocalı soyqırımı cinayətini törədən şəxslərincinayət məsuliyyətinə cəlb edilməsi üçün bir sıra mexanizmlər mövcuddur.Bunlardan biri Xocalı soyqırımı cinayətinin araşdırılması və bu cinayətitörədənlərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün Xocalı soyqırımı üzrəbeynəlxalq tribunalın yaradılmasıdır.
Məlumat üçün bildirim ki, beynəlxalq tribunallar, beynəlxalqcinayətlərin törədilməsində ittiham olunan fiziki şəxslər və dövlətlər üzərindəədalət mühakiməsinin həyata keçirilməsi üçün yaradılan bir hüquqi mexanizmdir.
Tarixdə müxtəlif vaxtlarda müxtəlif hadisələrlə bağlı beynəlxalqtribunallar yaradılmışdır. İlk dəfə İkinci dünya müharibəsindən sonra, sülh vəbəşəriyyət əleyhinə cinayətlərdə təqsirləndirilən şəxslərin cəzalandırılmasıüçün Nürnberq və Tokio tribunalları təsis olunmuş, daha sonra keçmişYuqoslaviya və Ruanda ərazisində baş vermiş genosid, sülh və bəşəriyyətəleyhinə olan cinayətləri törətmiş şəxslər üzərində ədalət mühakiməsinin həyatakeçirilməsi üçün Yuqoslaviya və Ruanda ad hoc beynəlxalq cinayət tribunallarıyaradılmışdır.
Göründüyü kimi, beynəlxalq tribunallar genosid, sülh və bəşəriyyətəleyhinə olan cinayətləri törətmiş şəxslər üzərində ədalət mühakiməsi həyatakeçirir.
Təəssüflə qeyd etmək istərdim ki, Xocalı soyqırımı cinayətinintörədilməsində məsuliyyət daşıyan şəxslərin məhkəmə təqibini həyata keçirməküçün kifayət qədər hüquqi əsaslar və analoji məhkəmə təcrübələri olmasınabaxmayaraq, Azərbaycana qarşı tətbiq edilən ikili standartlar bu günə kimiməsələyə beynəlxalq hüquqi qiymətin verilməməsinə, genosid və insanlıq əleyhinəcinayətləri törətmiş şəxslərin hələ də məsuliyyətdən yayınaraq, yeni-yenicinayətlər etməsinə səbəb olmuşdur. Lakin bütün bunlara baxmayaraq, AzərbaycanRespublikası Prezidentinin yürütmüş olduğu cəsarətli xarici siyasət nəticəsindəmüxtəlif beynəlxalq və regional təşkilatlar tərəfindən Azərbaycanın ədalətlimövqeyini dəstəkləyən bir çox qətnamə və qərarların qəbul edilməsi, Xocalıfaciəsinin bir çox ölkələr tərəfindən tanınması, Xocalı soyqırımı cinayətinintörədilməsində məsuliyyət daşıyan şəxslərin tezliklə cəzalandırılacağına inamıartırır.
Xüsusi olaraq vurğulamaq istərdim ki, "Müddətin hərbi cinayətlərə vəbəşəriyyətə qarşı cinayətlərə tətbiq edilməməsi haqqında” 26 noyabr 1968-ci iltarixli Konvensiyanın tələblərinə əsasən,törədilmə vaxtından asılı olmayaraq, genosid cinayətini törətmiş şəxslərin istənilən vaxt cinayət məsuliyyətinə cəlboluna bilməsi tələbi də məsələnin aktuallığını daim saxlamış olur.
Xocalı soyqırımının törədilməsində məsuliyyət daşıyan şəxslərincəzalandırılması istiqamətində atılacaq digər addım isə bu cinayətin başverməsində iştirakı sübuta yetirilmiş şəxslərin beynəlxalq axtarışa verilərək,Azərbaycana gətirilməsinə nail olmaq və barələrində cinayət təqibini həyatakeçirməkdir.
Qeyd etmək istərdim ki, Azərbaycan Respublikasının Hərbi Prokurorluğutərəfindən Xocalı soyqırımı ilə bağlı başlanmış cinayəti işi çərçivəsində7800-dən artıq istintaq hərəkəti aparılmış və 54 nəfərin Xocalı soyqırımındaiştirakı tam sübuta yetirilmişdir.
BMT Baş Məclisinin 3 dekabr 1973-cü il tarixli qətnaməsi ilə qəbuledilmiş "Hərbi cinayətlərdə, bəşəriyyətə qarşı cinayətlərdə müqəssir olanşəxslərin aşkara çıxarılması, həbs edilməsi, təhvil verilməsi vəcəzalandırılmasına dair beynəlxalq əməkdaşlıq prinsipləri”nə müvafiq olaraq,hərbi cinayətlərdə və bəşəriyyətə qarşı cinayətlərdə təqsirkar olan şəxslərinməhkəmə təqibinin və cəzalandırılmasının təmin edilməsinə yönəldilmişbeynəlxalq tədbirlərin görülməsinə xüsusi zərurət vardır.
Hərbi cinayətlər və bəşəriyyətə qarşı cinayətlər nə vaxt və haradatörədilməsindən asılı olmayaraq araşdırılmalı, belə cinayətlərin törədilməsindətəqsirləndirilən şəxslər barəsində axtarış elan olunmalı, tutularaq ədalətmühakiməsinə təhvil verilməlidir.
Kamran Behbudov ADA Universitetin Professoru

Mənbə: kaspi.az