Koronavirusa yoluxan şəxs canlı yayımda - Şok video

Koronavirusa yoluxan şəxs canlı yayımda -  Şok video

Ötən gün sərnişinlərdən birində koronavirus şübhəsi olduğu üçün Əsənboğa hava limanına təcili eniş edən Tehran-İstanbul reysinin bütün heyəti sərnişinləri karantinə alınıb.

Zəkai Tahir Təhsil və Araşdırma xəstəxanasında saxlanılan sərnişinlərdən Seyid Sarak adlı şəxs Xalq TV-nin canlı efirinə qoşularaq, son vəziyyət barədə məlumat verib.

Onun sözlərinə görə, təyyarədə həkimlər onu müayinə edib və səhhətində hər hansı problemi olmayıb:

"Hazırda saxlanıldığımız xəstəxananın sanitar vəziyyəti yaxşı deyil. Burada xəstəliyə yoluxmaqdan qorxuram. Tibb işçilərinin bizimlə selfi çəkdirməsi də narahatlıq yaradır"

O, sosial mediada barələrində yazılan şərhlərə də toxunub:

"Hər kəsin ailəsi var. Bu cür şərhlər bizi incidir".

Mənbə: olaylar.az