DOST Agentliyində onlayn növbə sistemi tətbiq olunacaq? – Rəsmi

DOST Agentliyində onlayn növbə sistemi tətbiq olunacaq? – Rəsmi

DOST Agentliyində onlayn növbə sisteminin tətbiqi müzakirə olunur.

Bu barədə TED.az-a agentrliyin mətbuat katibi Şahin Əliyev məlumat verib. O bildirib ki, müvafiq mütəxəssilərin araşdırmasından sonra bununla bağlı qərar veriləcək: “Hələ ki, onlayn növbə tətbiqi ilə bağlı son qərar verilməyib. Bu məsələ müzakirə mərhələsindədir. Bu müzakirələr xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədi daşıyır. Yalnız onlayn növbə deyil, digər məsələlər də analiz edilir, xidmətin işini təkmilləşdirmək lazım olan tətbiqlər müzakirə olunur”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST) Prezidentin 2018-ci il tarixli Fərmanı ilə yaradılıb. Agentliyin Nizamnaməsi və strukturu təsdiq edildikdən sonra 2019-cu ildə fəaliyyətə başlayıb.

 

Mənbə: ted.az