Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Əmanətlərin Sığortalanmasi Fondunda anım tədbiri keçirilib

Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Əmanətlərin Sığortalanmasi Fondunda anım tədbiri keçirilib

Azərbaycanın müasir tarixinin ən faciəli günlərindənbiri Xocalı Soyqırımının 28-ci ildönümü ilə əlaqədar Əmanətlərin SığortalanmasıFondunda anım tədbiri keçirildi.


ƏvvəlcəXocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
SonraƏmanətlərin Sığortalanması Fondunun İcraçı direktor vəzifəsini icra edən VüqarAbdullayev 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni milliyətçilərininXocalıda törətdikləri vəhşiliklər barədə danışaraq, bu soyqırımın heç vaxtunudulmayaçağını, Xocalı haqqında həqiqətlərin dünyaya çatdırılması, bu faciəninxalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti tərəfindənbütün zəruri addımların atıldığını qeyd etdi. İlk dəfəXocalı soyqırımına siyasi-hüquqi qiymətin Ümummilli lider Heydər Əliyevin təşəbbüsüilə verildiyini və 26 fevral tarixinin Xocalı Soyqırımı Günü elan edilməsi tədbiriştirakçılarının diqqətinə çatdırdı. Həmçinin 2008-ci ildə Heydər ƏliyevFondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış "Xocalıya ədalət!”kampaniyası çərçivəsində faciə ilə əlaqədar faktların beynəlxalq ictimaiyyətə çatdırılıdığıxüsusi qeyd etdi.
Çıxışınınsonunda V.Abdullayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevinapardığı uğurlu siyasətinin nəticəsində ölkəmizin ərazi bütövlüyünün bərpaolunacağı, torpaqlarımız düşməndən azad ediləcəyi, şəhidlərimizin qanı yerdəqalmayacağını xüsusi vurğuladı.
Sonra tədbir iştirakçılarına Xocalı faciəsininqurbanlarına həsr olunmuş "Böyüməyən uşaqlar” sənədli filmi nümayiş etdirildi.
 

Mənbə: kaspi.az