Nur-Sultanda 18 yaşadək uşaqlar nəqliyyatdan pulsuz istifadə edəcəklər

Nur-Sultanda 18 yaşadək uşaqlar nəqliyyatdan pulsuz istifadə edəcəklər

Qazaxıstanın paytaxtında və şəhərətrafı qəsəbələrdə 18 yaşadək uşaqlar martın 28-dən ictimai nəqliyyatdan pulsuz istifadə edəcəklər. Bu barədə “Astana LRT”nin rəhbəri Bekmirza İgenberdinov paytaxtın nəqliyyat kompleksinin inkişafı üzrə konfransda bildirib.

AZƏRTAC xəbər verir ki, hazırda 7-15 yaşında uşaqlar nəqliyyatdan istifadə üçün 40 tenge (10 ABŞ senti) ödəyirlər, 15 yaşından yuxarı olanlar isə tam gediş haqqı ödəyirlər. Uşaqlar üçün pulsuz gediş haqqı güzəştləri qeyri-müəyyən müddətə tətbiq edilir.

Qeyd edək ki, hazırda 6 kateqoriya üzrə vətəndaşlar nəqliyyatdan pulsuz gedişdən istifadə edir. Onların arasında təqaüdçülər, Böyük Vətən Müharibəsi veteranları, 1 və 2 qrup əlillər, aztəminatlı və çoxuşaqlı ailələrdən olan uşaqlar var. 18 yaşınadək uşaqlar (çoxuşaqlı, aztəminatlı ailəyə aid olub-olmaması vacib deyil) ictimai nəqliyyatdan pulsuz istifadə edən 7-ci kateqoriya olacaq.

Mənbə: azertag.az