Nazirdən İrandakı türk vətəndaşlara XƏBƏRDARLIQ

Nazirdən İrandakı türk vətəndaşlara XƏBƏRDARLIQ

Türkiyənin Səhiyyə naziri Fahreddin Koca koronavirusla bağlı olaraq açıqlama verib.

Açıqlamada deyilir:

"Qum və Məşhəd şəhərində epidemiyanın sürətlə yayılması, ölənlərin sayının artması səbəbi ilə quru və dəmir yolu ilə bağlı tədbirlərimizi gücləndirdik. Gələn vətəndaşlarımız var. Quru yolu ilə gəlmək istəyən vətəndaşlarımızı yoxlamadan keçirdikdən sonra sağlam olduqlarından əmin olsaq belə 48 saat nəzarətdə saxlayaraq sağlamlıqlarını təmin etmək üçün 14 gün karantində saxlamaq istəyirik. İrandakı vətəndaşlarımız sərhədi keçməsinlər, olduqları əraziləri havalandırsınlar, gigiyena qaydalarına ciddi riayət etsinlər. Bilsinlər k. gəlmək istədikləri halda 14 gün müşahidə altında qalacaqlar. Gürbulaq Sərhəd Qapısından 60 nəfəri buraxdıq, onları nəzarətə götürdük. Qrip simptomları olan 3 nəfəri xəstəxanaya yerləşdirmişik"

Mənbə: www.realtv.az