Azərbaycanda koronavirus şübhəsi ilə bağlı 186 nəfər həkim müşahidəsinə alındı

Azərbaycanda koronavirus şübhəsi ilə bağlı 186 nəfər həkim müşahidəsinə alındı

Səhiyyə Nazirliyi koronavirus şübhəsi ilə həkim müşahidəsinə alınan şəxslərin sayını açıqlayıb.

Bu barədə Oxu.Az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, səhər saat 10:00 üçün Kiliniki Tibbi Mərkəzin yolxucu xəstəliklər şöbəsində yeddi nəfər, xüsusi ayrılmış tibb müəssisəsində iki, Astara Rayon Mərkəzi xəstəxanasında 86 və Cəlilabad Mərkəzi Rayon xəstəxanasında  91 nəfər həkim müşahidəsinə alınıb.

Mənbə: oxu.az