QMİ-dən ümrə ziyarətinin dayandırılmasına MÜNASİBƏT

QMİ-dən ümrə ziyarətinin dayandırılmasına MÜNASİBƏT

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) dünyada yaranan koronavirus təhlükəsi ilə əlaqədar Səudiyyə Ərəbistanının ümrə ziyarətlərini müvəqqəti dayandırmasına münasibət bildirib.

QMİ-dən Lent.az -a verilən açıqlamaya görə, Səudiyyə Ərəbistanı idarəyə hələ ki ümrə ziyarətlərinin dayandırılması ilə bağlı rəsmi sənəd daxil olmayıb: “Səudiyyə Ərəbistanından bununla bağlı bizə rəsmi sənəd daxil olarsa, QMİ-də umumi qərara uyğun hərəkət edər”.

Qeyd edək ki, bu gün mətbuatda yayılan məlumatlara görə, Səudiyyə Ərəbistanı hökuməti koronavirus təhlükəsi ilə əlaqədar ümrə ziyarətlərinə müvəqqəti qadağa qoyub.

Mənbə: lent.az