Bakı Nəqliyyat Agentliyi: İşində fasilə yaranan işıqforların fəaliyyəti bərpa olunub

Bakı Nəqliyyat Agentliyi: İşində fasilə yaranan işıqforların fəaliyyəti bərpa olunub

Nizami və Xətai rayonlarının ərazisindəki 20-dək yol kəsişməsində işində fasilə yaranan işıqforların fəaliyyəti bərpa edilib.

AZƏRTAC xəbərr verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Qeyd edək ki, günorta saatlarında Bakının Suraxanı və Nizami rayonlarının bəzi ərzilərini əhatə edən yüksəkgərginlikli xətdə baş vermiş qəza nəticəsində elektrik enerjisinin verilişində fasilə yaranmışdı. Bununla əlaqədar bəzi ərazilərdəki yol kəsişmələrində işıqforların fəaliyyəti dayanmışdı.

Mənbə: azertag.az