Təhlükəsizlik orqanlarından əhaliyə koronavirus XƏBƏRDARLIĞI

Təhlükəsizlik orqanlarından əhaliyə koronavirus XƏBƏRDARLIĞI

Xüsusi xidmət orqanlarının əməkdaşları türkmən ailələrə koronavirus epidemiyasının yayılmasına görə İrandan qayıda bilməyən qohumları ilə bağlı susmağı əmr edib.

Onlara tapşırılıb ki, karantin səbəbi ilə qohumlarının İranı tərk edə bilməməsi haqqında heç bir yerdə danışmasınlar.

Turkustan.info xəbər verir ki, bu barədə “Xronika Turkmenistana” nəşri məlumat yayıb.

Qeyd edək ki, 3 türkmən qadın koronavirus təhlükəsilə əlaqədar İrandan qayıda bilmir. Onlar bu il 19 fevralda İrana gedib, sonra isə cənub və şimal sərhədləri bağlandığı üçün geri qayıda bilməyiblər.

24 fevralda həmin qadınlar qohumlarına zəng edib və yaranmış çətinliklə bağlı məlumat veriblər.

Qeyd edək ki, xüsusi təhlükəsizlik orqanlarının əməkdaşları həmin qadınlardan birinin qohumuna zəng edərək istintaq edib, İrana nə üçün getdiyi sorğu-sual edilib

Mənbə: turkustan.info