"Apteklərdən aldığımız adi maskalar qoruyucu vasitə sayılmır"- Millət vəkili koronavirusdan DANIŞDI

"Apteklərdən aldığımız adi maskalar qoruyucu vasitə sayılmır"- Millət vəkili koronavirusdan DANIŞDI

Elm üçün çarəsi hələki naməlum qalan koronavirus təhlükəsi hər gün bir ölkəni öz cənginə almaqda davam edir. Dünyanın ən inkişaf etmiş və təhlükəsiz ölkələrində də artıq bu virus daşıyıcılarına rast gəlmək mümkündür. 2019-nCoV adlanan virus ilk olaraq dekabr ayında Çinin Uhan şəhərində aşkarlanıb və kəskin ağciyər xəstəliklərinə səbəb olur.

Bununla bağlı Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, millət vəkili Kamilə Əliyeva Sonxeber.az-a danışıb:

"Dövlət tərəfindən koronavirusla bağlı profilaktik olaraq tədbirlər görülür. Çox əfsuslar olsun ki, bəzi insanlar təxribat formasında genişləndirilmiş məlumatlar, yazılar yayırlar. Onlara xəstəliklə bağlı səsyazma göndərərək təşvişə salırlar. Bu yaxşı hal deyil. Əgər belə bir hal olsaydı, Azərbaycan dövləti buna reaksiya verərdi. Bu gizlədiləsi bir şey deyil".

Millət vəkili Kamilə Əliyeva virusun yayılmasını qlobal problem kimi dəyərləndirib. O profilktik tədbirlərin görülməsini, xüsusən də sərhəd- keçid məntəqələrindən keçib ölkəmizə gələn vətəndaşların yoxlanılmasını zəruri hesab edib. Millət vəkili eyni zamanda insanlara gigiyenik qaydalara riayət etmələrini də məsləhət verib. Müzakirə olunan maskalara gəlincə isə gündəlik istifadə edilən adi maskaların elə də effektli olmadığını bildirib. Onun fikrincə, virusdan qorunmaq üçün içərisində filtr olan maskalardan istifadə edilməlidir:

"Bilirsiniz, İranla həmsərhəd ölkəyik. Gömrük sərhəd-keçid məntəqəsindən keçən insanlar profilaktik olaraq yoxlanılır və şübhəli hal olarsa, onları 15 gün karintində saxlayırlar. Sərhəd-keçid məntəqəsindən keçənlərin içərisində karantin müddəti təyin edilənlər o demək deyil ki, artıq virus daşıyıcısıdır. Karantin müddətinin təyin edilməsi təbiidir, lazımdır.

İnsanlar gündəlik gigiyenik qaydalara riayət etməlidirlər. Əllərimizi nəqliyyat vasitələri, istifadə etdiyimiz pullara vururuq. Virusdan qorunmaq üçün əllərimizi gündəlik olaraq sabunla yumalı, dəfələrlə spirtləməliyik. Apteklərdən aldığımız birqat maskalar əslində qoruyucu vasitə sayılmır. Həmin maskalar bir neçə qat, içərisində də filtr olmalıdır".

 

 

Mənbə: sonxeber.az