Dezinfeksiya adı ilə evlərə naməlum şəxslərin daxil olması xəbərinə POLİSDƏN REAKSİYA

Dezinfeksiya adı ilə evlərə naməlum şəxslərin daxil olması xəbərinə POLİSDƏN REAKSİYA

“Koronavirusun yayılmasının qarşısının alınması ilə əlaqədar yaşayış evlərinə naməlum şəxslərin daxil olması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar tərəfimizdən tam və hərtərəfli araşdırılıb”.

Bu barədə BakuPost-a Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

O qeyd edib ki, yayılan məlumatlar təsdiqini tapmayıb.

“Bu və ya digər formada paytaxtın polis orqanlarına şəhər sakinləri tərəfindən müracət daxil olmayıb”.

Mənbə: www.bakupost.az