Sərhədlərin bağlanması məsələsi ilə bağlı DSX-dan AÇIQLAMA

Sərhədlərin bağlanması məsələsi ilə bağlı DSX-dan AÇIQLAMA

Bu gün Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargah Azərbaycanda ilk koronavirus (COVİD-19) infeksiyasına yoluxma faktının qeydə alındığını təsdiq edib. Bildirilib ki, xəstələnən şəxs Rusiya Federasiyasının vətəndaşıdır. İran İslam Respublikasından Azərbaycana daxil olarkən onda xəstəliyin əlamətləri müəyyən olunub, həmin şəxs xəstəxananın xüsusi rejimli infeksion boksunda yerləşdirilib. Aparılmış müayinələr və testlər nəticəsində koronavirusa yoluxma testi müsbət nəticə verib. Hazırda pasiyentin vəziyyəti sabitdir.

Bu hadisə artıq İrandan gələn təhlükə haqqında həyacan siqnalı kimi qəbul olundu. Belə ki, bundan öncə də Gürcüstan vətəndaşının İrandan Azərbaycana keçərək, Gürcüstana getməsi, orada xəstəlik aşkarlanması faktı təsdiqlənmişdi. Bununla əlaqədar olaraq, artıq sosial şəbəkələrdə İran-Azərbaycan sərhədinin bağlandığı, gediş-gəlişin dayandırıldığı haqqında iddialar yayılmağa başladı.

Yeniavaz.com xəbər verir ki, sözügedən iddia haqqında modern.az Dövlət Sərhəd Xidməti (DSX) ilə əlaqə saxlayıb. Qurumun mətbuat xidmətindən saytımıza bildirilib ki, sərhədlərin bağlanması barədə hələlik heç bir informasiya yoxdur:

“Qeydə alınan koronovirus faktının aşkar və təsdiq olunması prosesi sərhəddən kənarda baş verdiyi üçün bu barədə heç bir məlumat vermək mümkün deyil.

Sərhədlərin bağlanması haqqında iddialar isə əsassızdır. Belə bir hal baş verərsə, mütləq ictimaiyyətə məlumat veriləcək”.

Mənbə: www.yeniavaz.com