Şəhid atası danışdı: "Oğlum dedi ki, ata, mən şəhid olacağam"

Şəhid atası danışdı: "Oğlum dedi ki, ata, mən şəhid olacağam"

İdlibdə şəhid olan İbrahim Tüzelin atası oğlu ilə etdiyi son telefon danışığından söhbət açıb.


Primetime.az xəbər verir ki, şəhidin atası Şuayip Tüzel bildirib ki, oğlu şəhid olacağını bir neçə gün öncədən ona xəbər edibmiş. Oğlu ilə olan son telefon danışığında şəhid İbrahim Tüzel "Ətrafımızı daima bombalayırlar. 1.5-2 km kənarları vururlar. Mən də şəhid olacağam" deyibmiş.


Qeyd edək ki, ötən gün Türkiyə Silahlı Qüvvələri hava hücumuna məruz qalıb və 36 əsgər şəhid düşüb.

Mənbə: primetime.az