Şimali Koreyada koronavirus DƏHŞƏTİ: 1000-dən çox insanı otelə yığıb... (FOTOLAR)

Şimali Koreyada koronavirus DƏHŞƏTİ: 1000-dən çox insanı otelə yığıb... (FOTOLAR)

Şimali Koreya ölkədəki koronavirusla bağlı vəziyyəti gizlədir.

Publika.az xarici KİV-lərə istinadən xəbər verir ki, Şimali Koreyada minlərlə insanın virusa yoluxduğu güman edilir. Ölənlərin olduğu irəli sürülür. İddialara görə, 300 min insan kartantin altına alınıb. Məlumata görə, ölkə lideri Kim Çen Inın göstərişi ilə vəziyyətin nəzarət altında saxlanılması üçün hərbçilər cəlb edilib. Bildirilir ki, Pxenyandakı mərkəzi otellərin biri virus şübhəsinə görə karantin altına alınıb. Oteldə mindən çox insanın olduğu deyilir. Təhlükəsizlik qaydalarının olmadığı otelə virusa yoluxduğu güman edilən daha onlarla insan yerləşdirilib. Onların arasında xarici ölkə vətəndaşları da var.

Qeyd edək ki, Çinlə sərhəddə yerləşən Şimali Koreya ölkədə koronavirusa yoluxma halının qeyd alınmadığını irəli sürür. Bir neçə gün əvvəl xarici KİV-lərdə Şimali Koreyada koronavirusa yoluxduğu güman edilən şəxslərin karantin qaydalarını pozduğuna görə güllələndiyi barədə xəbərlər yayılmışdı.

Anar Türkeş

Mənbə: publika.az