Övladlığa götürmə ilə bağlı qaydalar - Müraciət qəbuluna başlandı

Övladlığa götürmə ilə bağlı qaydalar - Müraciət qəbuluna başlandı

Övladlığa uşaq götürmək istəyən şəxslər bu gündən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edə bilər. Artıq valideyinlərin müraciətinə start verildi.

Övladlığa uşaq götürmək istəyən namizəd valideynlərin elektron qaydada müraciətinə başlandı. Qaydalara gəlincə valideyin namizəd ilk olaraq natariusa mütaciət edir. və övladlığa götürmə ilə bağlı yazdığı ərizəni təsdiqlətdirir. daha sonra həmin məlumat elektron şəkildə əmək və əhalinin sosial müdafiəsi nazirliyinin yeni bazası olan alt sistemə elektron qaydada yerləşdirir. Məlumat sistemə daxil olduqdan sonra artıq onların övladlıq məsələləri ilə bağlı hüquqlarına baxılır. ilk olaraq ev şəraitinə baxış keçrilir.

Bundan sonra namizəd valideynlərlə 10 iş günü ərzində onların yaşadığı ünvanda müsahibə aparılacaq. Müsahibədən uğurla keçən valideynlər təlimə cəlb olunacaq. Təlim zamanı namizəd valideyinlərin psixoloji vəziyyətləri də öyrəniləcək.

Köhnə qaydalardan fərqli olaraq yeni sistemdə Digər tələblərdən biri də ailənin gəliridir. Hər bir ailənin gəliri minumum ehtiyac meyarından az olmammalıdır. Bununla yanaşı valideyinlərin yaş həddi də nəzərə alınıb.

Qeyd edək ki, dövlət başçısının imzaladığı sənədə əsasən bu proses Əmək Və Əhalinin Social Müdafiəsi Nazirliyinə həvalə edilib. Yeri gəlmişkən, dünən dövlət başçısının imzaldığı fərmanla “valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası təsdiq edilib.

atv.az

Mənbə: www.atv.az