Fransada Xocalı soyqırımı ilə bağlı konfrans keçirildi - “Bitməyən əzab” filmi Parisdə nümayiş etdirildi

Fransada Xocalı soyqırımı ilə bağlı konfrans keçirildi - “Bitməyən əzab” filmi Parisdə nümayiş etdirildi

Fransanın paytaxtı “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində beynəlxalq humanitar hüquq normalarının pozulması: əsir, girov, itkin düşmüş şəxslər problemi” mövzusunda konfrans keçirilib. Azərbaycanın Fransadakı səfirliyi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkil etdiyi konfransda Fransada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Avropada fəaliyyət göstərən Azərbaycan Assosiasiyalarının təmsilçiləri və digər qurumların nümayəndələri iştirak ediblər. Konfransı səfirliyin müşaviri Vaqif Ağayev açaraq, Dağlıq Qarabağ münaqişəsi, onun ən qanlı səhifəsi olan Xocalı soyqırımı haqqında məlumat verib. Ermənistanın ölkəmizə qarşı ərazi iddialarından söz açaraq, torpaqlarımızın 20 faizinin erməni silahlı qüvvələri tərəfindən işğal olunduğunu deyib. Çıxışlardan sonra Dövlət Komissiyasının materialları əsasında hazırlanan, Ermənistan silahlı birləşmələri tərəfindən azərbaycanlı qadınlara, uşaqlara və qocalara qarşı törədilən ağlasığmaz vəhşilikləri, qətl və işgəncə faktlarını əks etdirən “Bitməyən əzab” sənədli filmi fransız dilində nümayiş olunub.

atv.az

Mənbə: www.atv.az