Abonentlər qazsız qaldı - Binəqədidə hasar, Oğuzda ağac aşdı

Abonentlər qazsız qaldı - Binəqədidə hasar, Oğuzda ağac aşdı

Bu gecə əsən güclü külək qaz təsərrüfatına ziyan vurub. Bakıda Binəqədi rayonunda hasar, Oğuz rayonunda ağac aşıb. Nəticədə qaz xətləri sıradan çıxıb, abonentlər qazsız qalıb.

Binəqədi rayonu Binəqədi kəndində Ə.Qarayev küçəsinin sakinləri səhər saatlarında aşan hasarın səsinə oyanıblar. Vətəndaşa məxsus hasarın aşması nəticəsində 25 və 20 mm diametrində olan qaz xətləri qırılıb, bir ədəd qaz sayğacı yararsız hala düşüb. Hasarın yaxınlığındakı avtomobilə də ziyan dəyib. Qaz sızmasından ehtiyatlanan sakinlər əvvəlcə “Azəriqaz” İstehsalat Birliyinin 104 çağrı mərkəzinə zəng ediblər.

Dərhal əraziyə Birliyin qaz qəza xidmətinin, eləcə də Bakı Regional qaz istismarı Departamentinin əməkdaşları cəlb olunub. Qaz sızmasının qarşısı alınıb.

Oğuz rayonunda isə 4 kəndi qazla təmin edən boru irigövdəli ağacın aşması nəticəsində sıradan çıxıb. Nəticədə minə yaxın abonentinin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb. Axşam saatlarında qazın verilişi hər iki yerdə bərpa olunub.

atv.az

Mənbə: www.atv.az